Onkoloji Xəstəliklərdən Qorunmağın Sirri

Onkoloji Xəstəliklərdən Qorunmağın Sirri

Onkoloji Xəstəliklərdən Qorunmağın Sırrı: Profilaktik Ginekoloji Müayinə

Qadın sağlamlığında ən böyük yanlışlıq "ağrım yoxdursa, həkimə ehtiyac yoxdur" düşüncəsidir. Xüsusilə onkoloji ginekologiyada xəstəliklər ilkin mərhələdə səssiz irəliləyir və heç bir klinik əlamət vermir. Onkoloq-ginekoloq müayinəsinə vaxtı-vaxtında getmək, sadəcə xəstəliyi tapmaq deyil, hələ yaranmamış xərçəng riskini ortadan qaldırmaqdır.

Məsələn, uşaqlıq boynu xərçəngi bir gündə yaranmır; xərçəngönü vəziyyətdən bədxassəli şişə çevrilməsi illər çəkir. Bu illər ərzində ildə bir dəfə edilən Pap-smear testi və Kolposkopiya müayinəsi həyat qurtarır. Müntəzəm yoxlanışlar sayəsində yumurtalıq və uşaqlıq daxili patologiyaları da erkən mərhələdə aşkar edilir ki, bu da 90%-dən çox halda tam sağalma deməkdir.

Özünüzü və sevdiklərinizi qorumaq üçün ağrıların başlamasını gözləməyin. Vaxtında həkim müayinəsindən keçmək, xəstəliklə mübarizə aparmaqdan daha asan, daha ağrısız və daha effektivdir. Sağlamlığınıza zaman ayırın, çünki erkən diaqnoz həyatdır.

The Secret of Protection from Oncological Diseases | andrologiya